kollektorun kütləsi

ру масса коллектора en collector weight de Kollektorgewicht fr poids de collecteur; poids de capteur es peso de colector it peso di collettore
kollektorun izolyasiyası
kollektorun mailliyi
OBASTAN VİKİ
Atmosferin kütləsi
== Atmosfer == Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur. == Atmosferin kütləsi == Atmosferin ümumi kütləsi 5. 1015tondan bir qədər çoxdur. Bu isə yerin öz kütləsindən təqribən milyon dəfə kiçikdir.
Atom kütləsi
Atom kütləsi - bir atomun kütləsi olub, atom kütlə vahidi (a.k.v.) ilə müəyyən olunur. Hal-hazırda atom kütlə vahidi ən geniş yayılmış izotop olan karbonun neytral atomunun kütləsinin 1/12-i qəbul edilir. Buna görə də, bu izotopun atom kütləsi təyinata görə düz 12 a.k.v.-nə bərabərdir. İzotopun atom kütləsi ilə onun kütlə ədədi arasındakı fərqə izafi kütlə deyilir. Bu fərq həm müsbət, həm də mənfi ola bilər. Onun yaranma səbəbi nüvə ilə proton və neytronlar arasında əlaqə enerjisinin qeyri xətti olmasında, həmçinin proton və neytronun kütlələri arasındak fərqdədir. Karbon atomunun etalon seçilməsinin əsas səbəbi onun 12C izotopunun 98,9% təşkil etməsidir ki, bu isə demək olar ki, götürülmüş nümunədə bütün Karbon atomlarının eyni sayda nuklonlardan təşkil olunması deməkdir. Kimyəvi elementin atom kütləsi (eləcə də "orta atom kütləsi", "standart atom kütləsi") verilmiş kimyəvi elementin təbiətdə mövcud olan bütün izotoplarının, onların yerdə və atmosferdə yayılma xarakterini nəzərə alaraq orta məxrəcə gətirilmiş kütləsidir. Mendeleyev cədvəlindədə bu kütlələr göstərilmişdir. Kimyəvi elementin nisbi atom kütləsi, onun təbii izotoplarının orta atom kütləsinin a.k.v-yə olan nisbəti ilə müəyyən olunur.
Hava kütləsi
Hava kütləsi– troposferin təqribən eyni fiziki xassəyə malik olan, atmosferin ümumi sirkulyasiyası sistemində hərəkət edən, sahəsinə görə materiklərlə müqayisə edilən irihəcmli hava hissəsi. Hava kütləsi qalınlığı bir neçə kilometr olub, bəzi hallarda bütövlükdə troposferi əhatə edir. Fiziki xassələrini (temperatur, rütubətlik, şəffaflıq və s.) üzərində yerləşdiyi ərazinin təsiri nəticəsində formalaşdırır. == Tipləri == Fiziki xüsusiyyətlərinə görə hava kütləsinin aşağıdakı tiplərini ayırırlar: Ekvatorial hava kütləsi Tropik hava kütləsi Mülayim enlik (və ya qütb) hava kütləsi Arktik və ya Antarktik hava kütləsi Rütubətliyinə görə Ekvatorial hava kütləsindən başqa, bütün hava kütlələri iki tipə bölünürlər. Dəniz hava kütləsi (məsələn, dəniz tropik hava kütləsi) Kontinental hava kütləsi (məsələn, kontinental tropik hava kütləsi) Stabilliyinə hava kütləsinin adlandırılması: İsti hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha yüksəkdir. Soyuq hava kütləsi- hava kütləsinin temperaturu keçdiyi ərazinin temperaturundan daha soyuqdur. Bu və ya digər ərazidə daimi və yaxud ilin müəyyən dövründə hakim olan hava kütləsi həmin ərazinin iqlim tipini müəyyən edir.
İnsan kütləsi
İnsan kütləsi və insan çəkisi adətən qarşılıqlı əvəz edilərək işlədilsələr də , kütlə və çəki fərqli kəmiyyətlərdir. Praktika tarixində "insan çəkisi" ifadəsinin daha çox qurulmasına baxmayaraq, bu ifadə adətən insan bədəninin kütləsi kimi başa düşülür. Metroloji təşkilatlar kütlə haqqında danışıldığı bütün hallarda "kütlə" terminindən istifadə etməyə çağırır. İdeal olaraq bədən kütləsinin ölçülməsi üçün bunu geyimsiz halda etmək lazımdır. Ancaq praktikada tərəzidə kütlənin ölçülməsi əsasən ayaqqabısız, mobil telefon və cüzdan kimi ağır aksesuarlar olmadan yüngül geyimlərlə edilir. Normadan artıq və ya az bədən kütləsi sağlamlıq problemlərinin göstəricisi hesab olunur. Bir insanın orta kütləsi müxtəlif ölkələrdə fərqlidir. Əsasən, kişilər qadınlardan daha artıq kütləyə sahibdirlər. Bədəndəki maye miqdarının dəyişməsi səbəbi ilə insan kütləsi də gün ərzində dəyişir. Qida qəbulu, maye qəbulu, sidik ifrazı və idmanla məşğul olma bədən kütləsinin dəyişməsinə səbəb olur.